Rusiya Azərbaycanla milli valyutalarda hesablaşmaların genişləndirilməsi üzrə iş aparmaq niyyətindədir. Bu barədə Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin birinci müavini Aleksey Lixaçyov məlumat verib.
"Əgər rublla olan göstəricilərə (qarşılıqlı ticarət) nəzər salsaq, hər iki tərəfdə 25-26% səviyyəsində davamlı artım görürük və vurğulayırıq ki, RF Mərkəzi Bankı ilə milli valyutalarda qarşılıqlı hesablaşmaların genişləndirilməsi üzrə iş aparacağıq", - o, Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclasında bildirib.
A.Lixaçyov hesab edir ki, bu, mal dövriyyəsinin inkişafına və diversifikasiyasına, xarici aləmlə bağlı risklərdən uzaq olmağa imkan yaradır.