Vyetnamın paytaxtı Hanoyda Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətinin təsis konfransı keçirilib. Bu barədə Azərbaycanın bu ölkədəki səfirliyindən məlumat verilib.
Tədbirdə Vyetnamın Elm və Texnologiyalar Assosiasiyaları Birliyinin vitse-prezidenti Nqiem Vu Xay Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətinin sədri seçilib.
N.Vu Xay Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətinin ölkələr arasında tarixən mövcud olan dostluq münasibətlərinin inkişafına töhfə verəcəyinə inandığını bildirib.
Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov isə qeyd edib ki, struktur ikitərəfli münasibətlərin daha da inkişaf etməsi üçün yaxşı platforma olacaq.
Tədbirdə müxtəlif ictimai təşkilatların nümayəndələri, Vyetnam parlamentinin üzvləri də çxış ediblər.
Çıxışların sonunda tədbir iştirakçıları konfransın qətnaməsi ilə tanış olublar.
F.İsazadə