Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 12-nə manatın dollara nisbətən rəsmi məzənnəsini oktyabrın 9-da qeydə alınmış 1,0478 manat/$1 səviyyəsinə qarşı 1,0474 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə Bakı Banklararası Valyuta Birjasının saytında məlumat verilir.
Beləliklə, manat dollara nisbətən 0,0382% möhkəmlənib.
AMB oktyabrın 12-nə manatın avroya nisbətən rəsmi məzənnəsini oktyabrın 9-da qeydə alınmış 1,1819 manat/1EUR səviyyəsinə qarşı 1,1914 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,8038% ucuzlaşıb.
Oktyabrın 12-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi oktyabrın 9-da qeydə alınmış 0,0171 manat/1RUR səviyyəsinə qarşı 0,0169 manat/1RUR səviyyəsində müəyyən edilib. Beləliklə, manat rubla nisbətən 1,1696% möhkəmlənib.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər ucuzlaşıb.
A.Əzizov