Qvatemala Konqresində Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul edilib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Qvatemala Konqresində Azərbaycanınsuveren ərazisinin istilasını və hərbi işğalını pisləyən, eləcə də münaqişənin beynəlxalq hüquq normalarına və BMT-nin qətnamələrinə uyğun olaraq sülh yolu ilə nizamlanması üçün Ermənistana çağırış edilən qətnamə səs çoxluğu ilə qəbul edilib.
Qətnamədə 1992-ci ilin 26 fevral tarixində Xocalı şəhərində dinc əhaliyə qarşı soyqırımı aktının törədilməsi pislənilib.
R.Babayev