2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda ÜDM3,7% artıb. Bu barədə prezident İlham Əliyev bazar ertəsi Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bəyan edib.
Dövlət başçısı qeyd edib ki, yanvar-sentyabr aylarında sənaye istehsalı 2,1%, o cümlədən sənayenin qeyri-neft sektorundaməhsulistehsalı 10%-dən çox, kənd təsərrüfatı məhsullarının istehsalı 6,7% artıb.
9 ay ərzində əhalinin pul gəlirləri 5,8%, orta illik inflyasiya 3,7% səviyyəsində olub.
İ.Əliyev əlavə edib ki, yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına ümumi investisiyalar $16 mlrd. təşkil edib.
Onun sözlərinə görə, 9 ay ərzində Azərbaycanda 87 min yeni iş yeri açılıb ki, bunun da 67 mini daimidir.
Azərbaycan hökuməti 2015-ci ildə ÜDM-in artımını 3,3% səviyyəsində proqnozlaşdırır.
Ötən il respublikada iqtisadi artım 2,8% təşkil edib.
A.Əzizov