“DəmirBank” əmlakının qiymətləndirilməsi üçün podratçı seçir. Bu barədə bankın elanında qeyd edilir.
Şirkətlər bankın əmlakının qiymətləndirilməsini beynəlxalq qiymətləndirmə standartlarına uyğun üsullarla həyata keçirməlidirlər.
Seçim şərtlərinə əsasən, qiymətləndirməni aparacaq şirkətlər bu sahədə ən azı 5 il iş təcrübəsinə malik olmalı, Azərbaycanın istənilən regionunda 1 iş günü ərzində qiymətləndirmənin aparılmasını təmin etməli, qiymətləndirmənin nəticələrini rəsmi hesabat şəklində təqdim etməlidir.
Qiymətləndirmə şirkətləri təkliflərini 2015-ci il oktyabrın 26-dək banka təqdim etməlidirlər.
“DəmirBank” 1989-cu ildə yaradılıb və respublikanın aparıcı banklarının onluğuna daxildir. Bankın səhmdarları 850-dən çox fiziki və hüquqi şəxs, o cümlədən Avropa Yenidənqurma və İnkişaf Bankı (25%+1 səhm) və Hollandiya İnkişaf Maliyyə Şirkətidir (FMO, 10%).
A.Axundov