2015-ci ilin yekunları üzrə Azərbaycanda tədiyyə balansının profisiti $2 mlrd. səviyyəsində gözlənilir. Bu barədə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov çərşənbə axşamı parlamentə 2016-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bəyana edib.
“2011-ci ildə tədiyyə balansının profisiti rekord həcmə - $17 mlrd.-a çatıb. 2014-cü ildə profisit $10 mlrd.-dək azalıb. 2015-ci ilin yekunları üzrə azalmanın $2 mlrd.-dək olacağı gözlənilir”, - deyə E.Rüstəmov bildirib.
A.Axundov