Çərşənbə axşamı Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığının Hökuməti arasında hava əlaqəsi haqqında” 2015-ci il iyulun 8-də Ciddə şəhərində imzalanmış Sazişi təsdiq edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Bundan başqa, prezident İ.Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Kanada Hökuməti arasında diplomatik missiyalar və konsulluq nümayəndəlikləri əməkdaşlarının ailə üzvlərinin əmək fəaliyyəti haqqında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Kanadanın Xarici İşlər və Beynəlxalq Ticarət Departamenti arasında 2013-cü il yanvarın 7-də və 2015-ci il aprelin 9-da həyata keçirilmiş notalar mübadiləsi formasında Sazişi təsdiq edib.
Y.Əliyev