Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda 114,05 min ailə ünvanlı dövlət sosial yardımı ilə təmin edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilir.
Ölkədə cəmi 498 min nəfər ünvanlı dövlət sosial yardımı ilə əhatə olunub. Bu, 2014-cü ilin hesabat dövrü ilə müqayisədə 16,7% azdır.
Ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 153,18 manat təşkil edib ki, bu da 2014-cü ilin göstəricisindən 18% azdır.
Ünvanlı dövlət sosial yardımı ilə təmin olunan ailələrdə 18 yaşadək ailə üzvlərinin sayı 237,351 min nəfər, o cümlədən 1 yaşadək uşaqların sayı 5726 nəfər və sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 5533 nəfərdir.
Bu yardımları alan ailələrin 32,558 mini tərkibində 3 və daha çox uşağı olanlardır.
R.Babayev