Milli Məclisin deputatı Elton Məmmədov Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının daimi komissiyalarının iclaslarında iştirak edəcək. Bu barədə parlamentin mətbuat xidməti məlumat verib.
Oktyabrın 15-16-da Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının Müdafiə və təhlükəsizlik məsələləri, Hüquqi məsələlər, Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi, həmçinin Mədəniyyət, informasiya, turizm və idman məsələləri üzrə daimi komissiyalarının iclasları keçiriləcək.
Səfər çərçivəsində E.Məmmədov yeni çağırış və təhdidlərə qarşı mübarizə və təhlükəsizlik sahəsində qanunvericiliyin uyğunlaşdırılması üzrə MDB PA-nın birləşmiş komissiyasının iclasında da iştirak edəcək.
R.Babayev