Rusiyanın Suriyada İŞİD terrorçuları ilə mübarizədə hərbi kampaniyası Azərbaycanın milli maraqlarına cavab verir. Bakı Dövlət Universitetinin Kriminalistika kafedrasının müdiri, hüquq elmləri doktoru Kamil Səlimov belə hesab edir.
“Rusiya İŞİD terrorçuları ilə açıq qarşıdurmaya girərək Şimalı Qaqfqazı təhlükəsizləşdirməyə çalışır, bu isə bizim şimal sərhədlərimizdir. Buna görə də İŞİD qüvvələrinin məhv edilməsində Rusiya ordusunun iştirakı milli maraqlarımıza cavab verir”, - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
K.Səlimov xatırladıb ki, son illər ərzində Azərbaycanın zərərsizləşdirdiyi silahlı terror qruplaşmaları əsasən məhz Dağıstanla həmsərhəd ərazidə fəaliyyət göstərirdilər.
F.Hüseynzadə