Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) xaricdəki nümayəndəliklərinin sayını artırmağı planlaşdırır. Bu barədə ASK-nın prezidenti Məmməd Musayev bəyan edib.
“Yaxın perspektivdə biz Niderland, Belçika və İranda nümayəndəliklər açmağı planlaşdırırıq”, - deyə M.Musayev “Vergilər” qəzetinə (Vergilər Nazirliyinin mətbu orqanı) müsahibəsində bildirib.
Onun sözlərinə görə, hazırda 14 ölkədə konfederasiyanın nümayəndəlikləri fəaliyyət göstərir.
ASK 1999-cu ilin mart ayında təsis edilib.
A.Axundov