Türkiyə paytaxtında törədilmiş 2 partlayışdan sonra 3 nəfər yüksək rütbəli polis əməkdaşı vəzifələrindən azad edilib. Bu barədə çərşənbə günü Türkiyə mətbuatı Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Həmin şəxslər Ankara polis rəisi, kəşfiyyat və ictimai təhlükəsizlik şöbələrinin müdirləridir.
Xatırladaq ki, oktyabrın 10-da Ankarada törədilmiş 2 terror aktı nəticəsində 97 nəfər həlak olub, yüzlərlə şəxs yaralanıb.