Azərbaycan hökuməti 2016-cı il üçün yaşayış minimumunu 136 manat səviyyəsində müəyyən etməyi təklif edir ki, bu da 2015-ci ilin göstəricisindən 3,8% çoxdur. Bu barədə parlamentin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli bəyan edib.
Çərşənbə günü parlament “Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsini müzakirə edib. Bu qanun layihəsi üzrə səsvermə oktyabrın 20-nə planlaşdırılır.
Sənədə əsasən, əmək qabiliyyətli vətəndaşlar üçün yaşayış minimumunu 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat səviyyəsində müəyyən etmək təklif olunur.
2015-ci il üçün yaşayış minimumu bir nəfərə 131 manat, o cümlədən əmək qabiliyyətli vətəndaşlar üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün 108 manat təşkil edir
A.Axundov