2016-cı ildə Hesablama Palatasının xərclər smetası 3 mln. 825,5 min manat səviyyəsində təklif edilir ki, bu da 2015-ci ilin göstəricisindən 66,6 min manat azdır. Bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çərşənbə günü Milli Məclisin plenar iclasında çıxışı zamanı bəyan edib.
“2016-cı ildə Hesablama Palatası 87 audit yoxlaması aparmağı planlaşdırır”, - deyə V.Gülməmmədov qeyd edib.
Smetaya əsasən, xərclərin 83,3%-i Hesablama Palatasının əməkdaşlarının, ştatdankənar işçilərinin əmək haqlarının, icbari sosial sığorta ayırmaları və digər ödənişlərin daxil olduğu əməyin ödənilməsi fonduna sərf ediləcək.
A.Axundov