2015-ci ilin yanvar-avqust aylarında qeyri-neft məhsullarının ixrac həcmi $1 mlrd. 78,9 mln. təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 8,7% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin saytında məlumat verilir.
Yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi $17 mlrd. 608,2 mln., ixracın həcmi isə $11 mlrd. 709,5 mln. təşkil edib. $1 mlrd. 78,9 mln. qeyri-neft məhsullarının ixracının payına düşüb, artım 8,7%, xüsusi çəki ixracın ümumi həcminin 9,21%-ni təşkil edib.
Yanvar-avqust aylarının yekunları üzrə xarici ticarətdə müsbət saldo $5 mlrd. 810,8 mln. təşkil edib.
Statistik məlumatlara əsasən, 2015-ci ilin 8 ayı ərzində Azərbaycanın rezidentləri 144 ölkədən olan hüquqi və fiziki şəxslərlə ticarət əməliyyatları həyata keçiriblər. 96 ölkəyə əmtəə ixrac, 129 ölkədən isə idxal olunub.
A.Əzizov