2015-ci ilin yanvar-sentyabr aylarında neft sahəsində ÜDM 0,1% azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Xəbər verildiyi kimi, yanvar-sentyabr aylarında ÜDM-in nominal həcmi 40 mlrd. 678,4 mln. manat, ÜDM-in real artımı 3,7% təşkil edib.
Bununla yanaşı, qeyd olunan dövrdə qeyri-neft sektorunda ümumi daxili məhsul istehsalı 6,4%, xüsusi çəki 68,8% artıb.
ÜDM-in strukturunda 34,2% sənaye, 13,5% tikinti, 6,5% kənd təsərrüfatı, 2% rabitə, qalanı digər sahələrin payına düşüb.
2015-ci ilin yanvar-sentyabr aylarında ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 4 min 275,2 manat təşkil edib.
Azərbaycan hökuməti 2015-ci ildə ÜDM-in artımını 3,3% səviyyəsində proqnozlaşdırır.
2014-cü ildə Azərbaycanda ÜDM 2,8% artıb.
N.Abbasova