2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda elektron pərakəndə ticarət dövriyyəsi 9,3 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 2 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə elektron ticarət dövriyyəsinin 96,4%-ni qeyri-ərzaq malları təşkil edib.
Statistik məlumatlara əsasən, yanvar-sentyabr aylarındaəhali real vaxt rejimində sifariş verdikləri istehlak mallarını əsasən hüquqi şəxslərin ticarət şəbəkələrindən alıb.
Xəbər verildiyi kimi, 2014-cü ildə Azərbaycanda elektron pərakəndə ticarət dövriyyəsi 6,4 mln. manat təşkil edib.
N.Abbasova