Milli Məclisə seçkilərdə iştirak etmək üçün namizədliyini irəli sürmüş keçmiş daxili işlər naziri İsgəndər Həmidov Mərkəzi Seçki Komissiyasına (MSK) şikayətlə müraciət edib.
Kəlbəcər rayon 123 saylı seçki dairəsindən namizədliyini irəli sürən sabiq nazir təşviqat kampaniyası zamanı ona qarşı törədilən əngəllərdən şikayətlənib.
MSK sədri Məzahir Pənahov qeyd edib ki, problemlər qeyd olunan seçki dairəsində namizədlərin sayının çox olması ilə əlaqədar ola bilər.
MSK İ.Həmidovun müraciətini baxılması üçün Kəlbəcər rayon 123 saylı seçki dairəsinə göndərib.
İclasda Müsavat Partiyası tərəfindən irəli sürülən namizəd Mübariz Salayevin müraciətinə də baxılıb.
Qeyd olunub ki, seçicilərin 482 imzasından 35-i etibarsız sayılıb. Bəzi imzalar isə eyni şəxs tərəfindən qoyulub. MSK M.Salayevin namizədliyini təsdiq etməyib.
R.Babayev