Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də keçiriləcək parlament seçkilərini izləmək üçün 605 nəfəri qeydiyyata alıb. Bu barədə MSK-nın sədri Məzahir Pənahov məlumat verib.
MSK-nın cümə günü keçirilən iclasında sədr qeyd edib ki, dairə seçki komissiyalarında seçkilərin monitorinqini həyata keçirmək üçün 37 min 79 nəfər qeydiyyatdan keçib.
“MSK 19 beynəlxalq təşkilatı təmsil edən 222 müşahidəçini qeydiyyata alıb”, - deyə M.Pənahov vurğulayıb.
R.Babayev