“Azərbaycanda arxeoloji turizm” adlı mədəni turizm marşrutu yaradılır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bu layihə ölkədə turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, regionlara turist axınının gücləndirilməsi və turizm sənayesinin bu sahəyə diqqətinin artırılması məqsədi ilə həyata keçirilir.
Bununla əlaqədar 19-21 oktyabr tarixlərində yerli və xarici turistlər üçün Qəbələ - Şəki - Tovuz - Şəmkir - Ağsu istiqaməti üzrə infotur keçiriləcək.
A.Zeydullayeva