Azərbaycan 2015-ci ilin yanvar-sentyabr aylarında 24 mln. 943 min 952,92 ton neft ixrac edib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 1,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Sayğacların göstəricilərinə əsasən, cari ilin yanvar-sentyabr aylarında Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 20 mln. 334 min 832,7 ton (həmçinin “Şahdəniz” yatağından 1 mln. 547 min 386,83 ton qaz kondensatı), Bakı-Supsa neft kəməri ilə 3 mln. 174 min 573,2 ton, Bakı-Novorossiysk neft kəməri ilə 1 mln. 17,004 min ton neft ixrac olunub. Dəmir yolu ilə Gürcüstan limanlarına 417 min 543,02 ton neft daşınıb.
Komitənin məlumatına görə, 2015-ci ilin yanvar-sentyabr aylarında ixrac edilmiş $6 mlrd. 814 mln. 606,27 min məbləğində neftin bəyan edilmiş həcmi 16 mln. 116 min 881,28 ton təşkil edib.
Komitənin məlumatına görə, 2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan $576 mln. 623,16 min məbləğində 1 mln. 628 min 6,69 ton neft məhsulu ixrac olunub.
N.Abbasova