2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana 22,915 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,1 dəfə azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə respublikaya gətirilən avtomobillərin böyük hissəsi – 20,386 min ədəd avtomobil sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb (azalma 2,1 dəfə).
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycana yük daşımaları üçün nəzərdə tutulmuş 1,584 min ədəd motorlu nəqliyyat vasitəsi və 212 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi idxal edilib.
Bundan başqa, hesabat dövründə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün 733 ədəd motorlu nəqliyyat vasitəsi gətirilib.
N.Abbasova