“Unibank” “Elektron Hökumət” portalı vasitəsilə təqdim olunan xidmətlərin siyahısını genişləndirməyi planlaşdırır. Bu barədə portalın məlumatında qeyd edilir.
““Unibank” kreditlərin ayrılması istiqamətində risklərin azaldılması məqsədi ilə müştərilər barədə daha ətraflı informasiyanın toplanılmasını planlaşdırır. Bununla əlaqədar bank vətəndaşlar qarşısında əlavə sənəd tələbi qoymaq kimi ənənəvi üsul əvəzində vətəndaş tərəfindən bu arayışların portal vasitəsilə ötürülməsini təmin etməyə hazırlaşır”, - deyə məlumatda bildirilir.
“Elektron Hökumət” portalı və “Unibank”ın mütəxəssisləri arasında baş tutmuş görüşdə bu məsələ müzakirə olunub.
Görüş iştirakçıları elektron imzanın imkanları, onlayn imzalama vasitələri və bunun üstünlükləri, bank müştəriləri ilə onlayn sənəd mübadiləsinin təşkili məsələlərinidə müzakirə edblər.
“Unibank" ASC 2002-ci ilin oktyabr ayında yaradılıb və Azərbaycanın aparıcı banklarının onluğuna daxildir. Bankın nizamnamə kapitalında 66,21% fiziki şəxslərə, 33,79% hüquqi şəxslərə, 12,15% AYİB-ə, 6,68% DEG-ə (Almaniya) məxsusdur.
A.Axundov