İran Hərbi Dəniz Qüvvələrinin Xəzər flotiliyasının üç hərbi gəmisi Rusiyanın Həştərxan limanına yoldaşlıq səfərinə yola düşübl İranın “Fars” agentliyinin eskadranın komandiri Əhməd Reza Bakeriyə istnadən verdiyi məlumata görə, Xəzər dənizində Rusiya və İranın birgə hərbi təlimləri keçiriləcək.
Zabitin sözlərinə görə, “Həştərxan limanına yola düşən İran flotiliyasına "Dəmavənd" esminesi, həmçinin iki raket kateri "Cuşan" və "Peykan" daxildir. İran Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi qeyd edib ki, gəmilərin səfəri 14 gün davam edəcək. İranın hərbi gəmilərinin Rusiya və Azərbaycan limanlarına səfəri donanmalar arasında əlaqələrin möhkəmlənməsi və dənizçilərin təliminə yönəlib.
Avqust ayında İranın Ənzəli limanı ərazisində "Dəmavənd" esminesi və Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının gəmiləri birgə təlimlər keçiriblər.
"Dəmavənd" esminesi İranda inşa edilib və 2015-ci ilin mart ayında İran Hərbi Dəniz Qüvvələrinin tərkibinə daxil edilib.