2015-ci ilin əvvəlindən 250-yə yaxın əlilliyi olan şəxs dövlət xətti ilə Türkiyəyə bərpa müalicəsinə göndərilib. Bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov məlumat verib.
“İlin əvvəlindən nazirlik 245 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşağın Türkiyənin Dənizli bölgəsindəki Nobel Tibb Mərkəzində bərpa müalicəsi keçməsi üçün səfərini təşkil edib”, - deyə N.Məmmədov qeyd edib.
Bununla yanaşı, bazar ertəsi 30 nəfər sağlamlıq imkanları məhdud uşaqdan ibarət növbəti qrup Türkiyəyə müalicəyə göndərilib.
2014-cü ildə bu tibb mərkəzinə Azərbaycandan 161 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq göndərilib.
R.Babayev