Kosta-Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonsales Sans Azərbaycanda rəsmi səfərdədir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verir.
Səfər çərçivəsində Manuel Qonsales Sansın oktyabrın 20-də xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.
Kosta-Rikalı nazirin səfəri oktyabrın 21-nə qədər davam edəcək.
Y.Əliyev