Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 2015-ci ilə qədər Azərbaycan əhalisinin sayının 10,97 mln. nəfərə qədər artacağını planlaşdırır. Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
“Aparılan təhlillər əsasında 2025-ci ildə ölkədə doğulanların sayının 205,3 min nəfərə, əhalinin sayının 10,97 mln. nəfərə çatacağı proqnozlaşdırılır”, - deyə S.Müslümov BMT-nin Əhali Fondunun (UNFPA) Türkiyədəki nümayəndəsi, Azərbaycan, Gürcüstan və Ermənistan üzrə yeni təyin olunmuş regional direktoru Karl Kulessa ilə görüşü zamanı bəyan edib.
Nazir qeyd edib ki, ölkə əhalisinin sayı 2005-2015-ci illərdə 1 mln. 145,6 min nəfər artıb.
“Təkcə bu ilin əvvəlindən daha 73 min nəfər artaraq 2015-ci il sentyabrın 1-i vəziyyətinə 9,666 mln. nəfər təşkil edib”, - deyə S.Müslümov qeyd edib. O vurğulayıb ki, Azərbaycanda əhalinin illik artım tempi 1,3% təşkil edir və bu göstərici Avropada ilk yeri tutur.
K.Kulessa UNFPA ilə Azərbaycan arasında əməkdaşlığın yaxşı səviyyədə olduğunu və qarşıdakı dövrdə bu əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
R.Babayev