Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi ABŞ-ın "Grant Thornton International" şirkətinin Ermənistan nümayəndəliyi tərəfindən işğal altında olan Dağlıq Qarabağda iqtisadi fəaliyyəti təşviq edən nəşrlər buraxılmasının qarşısını alıb. Bu barədə nazirliyin məlumatında qeyd olunur.
ABŞ-ın beynəlxalq səviyyədə audit, vergi və məsləhət xidmətləri göstərən "Grant Thornton International" şirkətinin Ermənistan nümayəndəliyinin işğal olunmuş ərazilərdə iqtisadi fəaliyyəti təşviq edən nəşrlərin buraxılması niyyəti barədə daxil olmuş məlumatlarla əlaqədar şirkətin Azərbaycan nümayəndəliyinin rəsmisi İqtisadiyyat və Sənaye Nazirliyinə dəvət edilib.
Nazirlikdə qeyd ediblər ki, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətin qəbuledilməz olduğu diqqətə çatdırılıb və bu barədə şirkətin mərkəzi ofisinin məlumatlandırılması tələb edilib. Bununla yanaşı, "Grant Thornton International" şirkətinə Azərbaycanın mövqeyini əks etdirən məktub da göndərilib.
Məlumata əsasən, "Grant Thornton International" şirkəti tərəfindən rəsmi olaraq bildirilib ki, "Dağlıq Qarabağ" adı altında hər hansı biznes bələdçisi yaxud digər nəşrin buraxılmayacaq.
A.Axundov