2015-ci ilin III rübündə Bakının mənzil bazarında qiymətlər 1,4% ucuzlaşıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, 2015-ci ilin III rübündə ilkin daşınmaz əmlak bazarında qiymət artımı 0,1% təşkil edib.
Hesabat dövründə təkrar daşınmaz əmlak bazarında qiymətləri 1,4% azalıb.
Xəbər verildiyi kimi, 2015-ci ilin yanvar-sentyabr aylarında istismara verilən mənzillərin ümumi sahəsi 1 mln. 327,4 min kvadratmetr təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 9% azdır. Cari ilin sentyabr ayında 157,9 min kvadratmetr mənzil istismara verilib.
A.Axundov