Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Kosta-Rikaya investisiyaların yatırılması imkanlarını öyrənir. Bu barədə fondun məlumatında deyilir.
Bazar ertəsi fondun icraçı direktorunun müavini İsrafil Məmmədov ilə Kosta-Rikanın xarici işlər və etiqad naziri Manuel Qonzales Sanz arasında baş tutmuş görüşdə Azərbaycan və Kosta-Rika arasındakı iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri, ARDNF-in bu ölkəyə investisiya imkanları müzakirə olunub.
İ.Məmmədov Dövlət Neft Fondunun fəaliyyəti, vəsaitlərinin idarə edilməsi, investisiya fəaliyyəti, fond tərəfindən maliyyələşdirilən layihələr barədə məlumat verib.
1999-cu ildə yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.
N.Abbasova