2015-ci ilin yanvar-sentyabr aylarında “Bakı” istilik elektrik stansiyasında (İES) 383,9 mln. kilovatsaat elektrik enerjisi istehsal edilib. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə "Azərenerji" ASC-dən məlumat verilib.
Cari ilin sentyabr ayında stansiyada 45 mln. kilovatsaat elektrik enerjisi istehsal olunub. 2014-cü ildə “Bakı” İES 627,8 mln. kilovatsaat elektrik enerjisi istehsal edib.
“Bakı” İES-də hər birinin gücü 53,5 MVt olan iki ədəd qaz-turbin qurğusu fəaliyyət göstərir. Stansiya 2007-ci ilin fevral ayında istifadəyə verilib.
N.Abbasova