“Merkuri” bank olmayan kredit təşkilatı (BOKT) 1,5 mln. manat məbləğində istiqrazın emissiyasını planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Fond Birjasından məlumat verilib.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi BOKT-nin istiqrazlarının emissiya prospektini qeydiyyata alıb.
Emissiya bir qiymətli kağızın nominal dəyəri 500 manat olan 3 min ədəd istiqraza bölünüb.
İstiqrazların tədavül müddəti 1800 gün, illik gəlirliliyi 15% təşkil edir.
İstiqrazların yerləşdirilməsində anderrayter qismində "Technika Capital Management" MMC çıxış edəcək.
“Merkuri” BOKT 2012-ci ilin sentyabr ayında yaradılıb.
A.Əzizov