Çərşənbə axşamı Milli Məclis “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna bankın nizamnamə kapitalının 50 dəfə - 500 mln. manatadək artırılmasını nəzərdə tutan dəyişiklikləri təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verib.
Bundan başqa, qanunun 5-ci maddəsinə təklif edilən dəyişikliklərə əsasən, AMB-nin funksiyalarına Azərbaycanın ümumi xarici borcunun (dövlət və özəl sektorlar), beynəlxalq investisiya balansının tərtib olunması, belə məlumatların ümumiləşdirilməsi və yayılması daxil olacaq.
Hazırda AMB-nin nizamnamə kapitalı 10 mln. manata bərabərdir.
A.Axundov