Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyanın növbəti görüşünün keçirilmə tarixi oktyabrın sonunda ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfərindən sonra məlum ola bilər.
“Gəlin gözləyək və həmsədrlərin hansı təkliflərlə gələcəklərinə baxaq. Onlar oktyabrın 26-da İrəvana, 28-də isə Bakıya səfər edəcəklər”, - deyə xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə axşamı mətbuat konfransında bildirib.
O məlumat verib ki, iki prezidentin görüşünün keçirilməsi məsələsi Nyu-Yorkda BMT-nin Baş Assambleyasının iclası çərçivəsində müzakirə olunub, lakin danışıqların dəqiq tarixi hələlik məlum deyil.
F.İsazadə