Türkiyənin "Petkim Holding" neft-kimya kompleksi yüksək texnologiyalı plastik kütlə və kimyəvi maddələrin istehsalı üzrə şirkət yaradır. Bu barədə kompleksin məlumatında bildirilir.
Şirkət “Petkim specialities muhendislik plastikleri sanayi ve ticaret a.s." (“Petkim Specialities”) adı altında fəaliyyət göstərəcək və “Petkim Holding” şirkətinin 100%-lik törəməsi olacaq.
“Petkim Specialities” fəaliyyət göstərmək üçün ildə 14 min ton istehsal gücünə malik plastik kütlə istehsal edən zavodun aktivlərindən istifadə edəcək.
“Petkim Specialities” ilkin mərhələdə zavodun istehsal gücünün ildə 24 min tona çatdırılması üçün $5 milyona yaxın investisiya qoyacaq. Bunun üçün şirkət ildə 10 min ton plastik kütlə istehsal etmək gücünə malik maşın və avadanlıq alacaq”,- deyə məlumatda bildirilir.
“SOCAR Turkey Enerji” şirkəti “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin sahibidir (57,92%). Şirkət NEZ-in, konteyner terminalının tikintisi, daxili bazara qaz tədarükü və neft yataqlarının kəşfiyyatını da həyata keçirir.
N.Abbasova