İspaniya 2014-cü ildə hakimiyyətdən əl çəkmiş kral Xuan Karlosa məxsus iki ədəd dörd yerlik “Ferrari” markalı avtomobili hərraca çıxaracaq. Bu barədə “The Guardian” qəzeti yazır.
Hərrac noyabrın 6-da Madriddə keçiriləcək. Hər avtomobilin ilkin qiyməti 350 min avroya yaxındır.
Qara və gümüşü rənglərdə olan avtomobillər İspaniya kralına 2011-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin keçmiş kralı tərəfindən hədiyyə edilib. X.Karlos 2012-ci ildə bahalı avtomobillərini ölkənin milli sərvəti fonduna bağışlayıb.
Hərracdan əldə edilən vəsait İspaniyanın dövlət xəzinəsinə daxil olacaq.