Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) rəhbərliyinin Azərbaycanda keçiriləcək seçkilərə müşahidəçilərin göndərilməməsinə dair qərarını qanun və normaların pozuntusu hesab edir.
“Cənab Linkin (Georq - İF) DTHB-ə gəlişi ilə bir sıra dövlətlərin bu təsisatla münasibətləri gərginləşib. O, bütün qanun və normaları pozaraq DTİHB missiyasının və digər nümayəndə heyətlərinin Azərbaycana səfərlərini özbaşına şəkildə ləğv edib və digər nümayəndələrin səfəinin ləğv olunmasına kömək edib”, - deyə V.Çurov çərşənbə günü Yaltada RF subyektlərinin sahə komissiyalarının sədrlərinin müşavirəsində bildirib.
“Orada (Azərbaycanda seçkilərdə - İF) AŞPA, MDB, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) müşahidəçiləri olacaq, lakin ATƏT-in missiyası iştirak etməyəcək. Düşünürəm ki, bu insident bir sıra ölkələrin DTİHB ilə münasibətlərinə ciddi təsir edəcək”, - deyə Rusiya MSK sədri qeyd edib.