Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev oktyabrın 28-də Qazaxıstanda keçiriləcək konfransda elmi məruzə ilə çıxış edəcək. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən məlumat verilib.
Alimin “Elmi jurnalların beynəlxalq səviyyəyə çatdırılması” mövzusunda məruzəsi Azərbaycanda elmi jurnalların beynəlxalq bazalara inteqrasiya vəziyyətinə həsr olunub.
F.Əliyev məruzəsində Azərbaycan alimlərinin bu sahədə qazandığı təcrübə və əldə etdiyi nailiyyətlər barədə konfrans iştirakçılarına məlumat verəcək.
“Biliklərə əsaslanan iqtisadiyyat və elmdə innovasiyalar” mövzusunda beynəlxalq konfrans “Thomson Reuters Agentliyinin” dəstəyi ilə keçiriləcək.
Azərbaycanda dərc olunan 3 elmi jurnal “Thomson Reuters” Agentliyinin Biliklər Bazasına daxil olub.
A.Zeydullayeva