26-31 oktyabr tarixlərində görkəmli bəstəkar, xalq artisti, Dövlət mükafatı laureatı, professor Vasif Adıgözəlovun 80 illiyi münasibətilə musiqi festivalı keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, bununla əlaqədar Bəstəkarlar İttifaqı, Azərbaycan Milli Konservatoriyası, Beynəlxalq Muğam Mərkəzi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında konfrans və konsertlər keçiriləcək.
A.Zeydullayeva