28 oktyabr 2015-ci il tarixində Caspian European Club çərçivəsində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin iştirakı ilə biznes-forum təşkil olunacaq.
İcraçı direktor Telman Əliyevin sözlərinə görə, biznes-forumda Caspian European Club-un şirkət rəhbərlərinin gömrük tənzimlənməsi və gömrük rejiminin sadələşdirilməsi məsələləri üzrə təklif və təşəbbüsləri müzakirə olunacaq. Onun fikrincə, forum çərçivəsində həmçinin biznesmenlərə gömrük sahəsi ilə bağlı onları maraqlandıran suallara cavab almaq imkanı yaradılacaq.
Biznes-forumda yalnız aşağıdakı link vasitəsilə Caspian European Club-un saytında qeydiyyatdan keçmiş şirkətlər iştirak edə bilərlər:
http://caspianenergy.org/index.php/registration
* Material, informasiya, məqalələrin dərci, audio və video süjetlərin hazırlanması zamanı Caspian European Club-un tədbirinə istinad etmək mütləqdir.
Əlavə məlumat üçün:
E-mail: info@caspianenergy.net; info@caspenergy.com
URL: www.caspianenergy.net;