2015-ci ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında ÜDM-in həcmi 1 mlrd. 751,523 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 5,7% çoxdur. Bu barədə Naxçıvan MR Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hər nəfərə düşən ÜDM-in həcmi 6,3% artaraq 3,967 manat səviyyəsində olub.
Məlumatda qeyd edilir ki, 2015-ci ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında sənaye istehsalının həcmi 1,3% - 736,354 mln. manata qədər artıb. Bununla yanaşı, sənaye istehsalının 96,1%-i əmtəənin, 3,9%-i xidmətlərin payına düşüb. Hesabat dövründə dövlət sektorunda 34,375 mln. manatlıq, qeyri-dövlət sektorunda 701,979 mln. manatlıq sənaye məhsulu istehsal edilib.
2015-ci ilin yanvar-sentyabr aylarında əsas kapitala vəsait qoyuluşları 712,03 mln. manat təşkil edib, bu da ötən ilin göstəricisi ilə müqayisədə 2,3% çoxdur. Bunun 626,499 mln. manatı və ya 88%-i tikinti-quraşdırma işlərinə yönəldilib.
Həmin dövrdə muxtar respublikada istehsal olunmuş kənd təsərrüfatı məhsullarının həcmi 9,1%, yükdaşımaların həcmi 2,2%, telekommunikasiya xidmətlərinin həcmi 2%, pərakəndə mal dövriyyəsi 7,3%, əhaliyə göstərilmiş pullu xidmətlərin həcmi 4,6%, əhalinin gəlirləri 5,9%, orta aylıq əmək haqqı 1,4% artıb.
Yanvar-sentyabr aylarında NMR-də 2559 yeni iş yeri yaradılıb ki, bunun da 97,8%-i daimi iş yerləridir.
Bu dövrdə muxtar respublikada xarici ticarət dövriyyəsinin həcmi $341,641 mln., ixrac $296,472 mln., idxal $45,168 mln., müsbət saldo $251,303 mln. təşkil edib.
Q.Hüseynova