Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyinin əməkdaşlarının “Tərərqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Sərəncama əsasən, təşkilatın yaradılmasının 70 illik yubileyi münasibəti ilə nümayəndəliyin rəhbəri Antonius Broek və üç əməkdaşı BMT-nin Azərbaycanda müxtəlif sahələrdə layihələrinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə mükafata layiq görülüb.
Y.Əliyev