Çərşənbə günü Azərbaycan prezidenti İlham Əliyev Bakıda Nəriman Nərimanovun heykəli, Hüseyn Cavid və Parlament prospektləri ətrafında yeni çəkilən yolların, bu ərazidə yenidən qurulan küçə və prospektlərin, yeni salınan parkların açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov prezidentə görülən işlər barədə məlumat verib. Bildirilib ki, paytaxtın Həsən Seyidbəyli, Nəriman Nərimanov, Mikayıl Müşfiq, İsmayıl bəy Qutqaşınlı, Mehdi Hüseyn, Kazım Kazımzadə, Məmməd Rahim küçələrində ən yüksək səviyyədə əsaslı təmir və yenidənqurma işləri aparılıb, yeni küçə - Qurban Xəlilov küçəsi və ərazidə yeni parklar salınıb. Əsaslı təmir və yenidənqurma işləri zamanı 100 min kvadratmetrdən artıq asfalt örtüyü döşənib, qranit səki daşı düzülüb, müasir işıq dirəkləri quraşdırılıb.
Y.Əliyev