Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Fransanın ölkəmizdəki səfiri Paskal Mönyeni qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, P.Mönye diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
E.Məmmədyarov səfirə gələcək fəaliyyətində uğurlar arzu edib.
Y.Əliyev