2015-ci ilin yanvar-sentyabr aylarında Şəki rayonunda istehsal olunan məhsulların ixrac həcmi 245,961 mln. manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosunun müxbirinə Şəki Rayon İcra Hakimiyyətindən məlumat verilib.
2015-ci ilin 9 ayı ərzində ixrac olunmuş məhsulların ümumi həcminin 92%-i özəl sektorun payına düşüb.
İcra Hakimiyyətinin məlumatına əsasən, hesabat dövründə rayonda 1,315 min yeni iş yeri açılıb, bunun 913-ü daimidir.
Cari ildə Şəki rayonunda 186 min ton buğda toplanıb, bu isə ötən ilin göstəricisindən 110 min ton çoxdur.
İlin sonuna kimi rayonda 19 kənddə qazlaşdırma işlərinin aparılması planlaşdırılır.
İ.Əhmədov, A.Əzizov