Federal Miqrasiya Xidməti (FMX), Federal Təhlükəsizlik Xidməti (FTX) və polis əməkdaşları xüsusi əməliyyat çərçivəsində Moskvada yaşayış sektoru, sənaye zonaları, bazar, yataqxana, mehmanxana və nəqliyyat obyektlərində qeyri-leqal miqrantları aşkarlamaq məqsədi ilə yoxlamalar aparırlar.
FMX-nin paytaxt idarəsinin saytında bildirilir ki, “Miqrant-2015” adı altında keçirilən əməliyyat Moskva hökumətinin dəstəyi ilə keçirilir və oktyabrın 29-na qədər davam edəcək.
FMX-nin Moskva idarəsindən bildirilib ki, əməliyyatın məqsədi qeyri-leqal miqrantların toplandıqları yerlərin təyin edilməsi və RF-nin miqrasiya qanunvericiliyinin pozulmasının qarşısının alınmasıdır. Bundan başqa, əməliyyat Moskva ərazisində qanunsuz miqrasiyanın təşkilində əli olan şəxslərin cinayətkar fəaliyyətini aşkarlamaq məqsədi də daşıyır.