SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Neft Daşları” yatağında yeni quyunu istismara verilib. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
2156 nömrəli quyu 2150 nömrəli meydançadan qazılıb. Quyu Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılıb.
Quyunun sutkalıq debiti 10 ton neft təşkil edir.
“Neft Daşları” yatağı 1949-cu ildən işlənilir.
N.Abbasova