SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Geofizika və Geologiya İdarəsinin “Kəşfiyyatgeofizika” İstehsalat Bölümü “Yevlax-Ağcabədi çökəkliyi neftli-qazlı rayonunun “Zərdab-Şıxbağı-Qışlaq” sahəsində çöl işlərini başa çatdırıb. Bu barədə şirkətin məlumatında deyilir.
İşlər “Azneft” İstehsalat Birliyinin (SOCAR-ın neft hasilatı üzrə strukturu - İF-Az) sifarişi əsasında yerinə yetirilib.
Sahənin geoloji quruluşunun dəqiqləşdirilməsi və karbohidrogenlərin yayılma arealının müəyyənləşdirilməsi, zonanın neft-qazlılıq perspektivliyinin öyrənilməsi məqsədi ilə 178 kvadrat kilometrlik 3D seysmik kəşfiyyat, 345 kilometrlik qravimetrik, 345 kilometrlik isə maqnitometrik işlər yerinə yetirilib
“Çöl işləri zamanı əldə edilmiş materiallar hazırda emal və interpretasiya mərhələsindədir. Yeni məlumatlar axtarış-qazma işlərinin düzgün istiqamətləndirilməsinə şərait yaradacaq”,- deyə məlumatda qeyd edilir.
N.Abbasova