Amerika xüsusi təyinatlılarının İraqın şimalında kürd qüvvələri ilə birlikdə İŞİD terror qruplaşması tərəfindən əsir götürülmüş şəxslərin azad edilməsi əməliyyatına qoşulması unikal vəziyyətdir. Bunu cümə axşamı Pentaqon nümayəndəsi Piter Kuk söyləyib.
P.Kukun sözlərinə görə, bu, ABŞ-ın İŞİD-ə qarşı apardığı kampaniyanın dəyişməsi demək deyil.
O qeyd edib ki, Amerika qüvələrinin kürdlərin həyata keçirdiyi əməliyyatda iştirakına ABŞ-ın müdafiə naziri Eşton Karter özü sanksiya verib.
P.Kuk bildirib ki, əməliyyat zamanı bir amerikalı xüsusi təyinatlısının həlak olması və bir neçə kürdün yaralanmasına baxmayaraq, əməliyyat uğurlu olub.